- Baxış sayı: 42
- 26 Mart 2026 12:23
- Baxış sayı: 23
- Mart 26, 2026
- 0
Dünən millimizin həndbolçusu Valentina Salamahanın şərəfini qoruduğu «Bayer-04» klubu Bundesliqada növbəti matçına çıxıb. Allsport.az saytı xəbər verir ki, liverkuzenlilər 17-cı turda doğma divarlar arasında «Türinger»i qəbul edib.
Oyunun ilk yarısının böyük hissəsi bərabər şəraitdə keçsə də, sonda rəqib təşəbbüsə yiyələnib. Birinci bölməni 15:13 xeyrinə qapayan, Edelhof təmsilçisi, fasilədən sonra da üstünlüyünü əldən verməyib – 29:25.
Bu görüşdə də qapısımız ehtiyatda oturub. Bundesliqada 15 oyun keçirən «farmasevtlər» yarış cədvəlində 23 xalla 7-ci yerdə qərarlaşıb. «Bayer-04» növbəti matçını 2 gün sonra «Buksexude» komandasına qarşı keçirəcək. Rəqib hazırda 32 xalla Bundesliqada liderlik edir.