- Baxış sayı: 48
- 15 Noyabr 2024 21:26
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Təlim-məşq toplanışını Bakıda davam etdirən “Rəvan” növbəti oyununu keçirib. Allsport.az xəbər verir ki, qış hazırlığı çərçivəsində 2-ci matçına çıxan “aslanlar” “Ağsu” ilə qarşılaşıblar.
“Bayıl Arena”da baş tutan görüş Ramil Əliyevin rəhbərlik etdiyi kollektivin 6:4 hesablı qələbəsi ilə yekunlaşıb. “Sarı-qırmızılılar”ın heyətində Amil Yunanov (21-ci dəqiqə), Əli Bağırov (27, 32), Vüsal Qarayev (76, 78) və Orxan Həsənov (86) fərqlənib.
Qeyd edək ki, “Rəvan” ilk yoxlama görüşündə “Qaradağ Lökbatan”la bərabərə qalıb (2:2). “Aslanlar” növbəti matçını yanvarın 24-də “Şahdağ”a qarşı keçirəcək. “Bayıl Arena”da baş tutacaq duel saat 13:00-da başlayacaq.