- Baxış sayı: 70
- 04 Dekabr 2025 22:15
- Baxış sayı: 178
- Dekabr 05, 2025
- 0

Bu gün “Neftçi” 3 yeni futbolçu ilə müqavilə imzalayıb. Allsport.az saytı xəbər verir ki, bunlardan biri uzun müddət futboldan uzaqlaşan və son dövrdə paytaxt klubunun düşərgəsində məşqləri bərpa etmiş Mahir Şükürovdur.
O, azad agent kimi yenidən keçmiş komandasının formasını geyməyə başlayacaq. Hansı ki, müdafiəçi 2006-07 və 2012-14-cü illərdə də bu klubda forma geyinib.
“Ağ-qaralar” həmçinin baxışa dəvət olunmuş serbiyalı qapıçı Boban Baykoviç və braziliyalı yarımmüdafiəçi Jonas Pessalli ilə də anlaşıb. Onlarla da müqavilənin müddəti mövsümün sonunadəkdir.