- Baxış sayı: 52
- 05 Fevral 2026 19:03
- Baxış sayı: 139
- Fevral 06, 2026
- 0
“Neftçi” yoxlama oyunu keçirib. Allsport.az saytı xəbər verir ki, “ağ-qaralar” İsmət Qayıbov adına təlim-məşq bazasında 1-ci divizion lkubu “Rəvan”la qarşılaşıb. Görüş 2:2 hesabı ilə nəticələnib.
“Neftçi”nin heyətində Katalin Tira və Cavid İmamverdiyev fərqləniblər. Əsas heyətin 10 futbolçusu oyunda iştirak etməyib. Buna səbəb komandanın 6 üzvünün milli komandaların düşərgəsinə yollanması, 4 üzvünün isə zədəli olmasıdır.
Əvəzində, əvəzedici komandanın 17 yaşlı futbolçusu Elçin Əsədov, Anton Krivotsyuk və Maksim Vaylo start heyətində meydana çıxıb. Fasilədən sonra isə digər gənc oyunçular – Kamran İbrahimov, Sənan Əbilov, Ömər Buludov, Orxan Sabirbəyli, Kənan Mirzəliyev, Samir Əhmədov və Aqşin Qurbanlıya da şans verilib.