“Bellingemin oyunları öz sözünü deyir”

İspaniya millisinin və “Barselona”nın sabiq hücumçusu David Vilya “Real”ın yarımmüdafiəçisi Çud Bellingemin oyun səviyyəsini dəyərləndirib. İngiltərəli futbolçu hazırda mövsümün əvvəlində aldığı zədəni sağaldır.

Allsport.az xəbər verir ki, ispaniyalı keçmiş forvard, Bellingemin inanılmaz oyunçu olduğunu düşündüyünü bildirib:

“Bellingemin oyunları öz sözünü deyir. Düşünürəm ki, o, inanılmaz oyunçudur. O, meydanda istənilən mövqedə oynaya bilər və bunu yaxşı bacarır”.

Həmin kateqoriyadan