- Baxış sayı: 31
- 12 Dekabr 2025 14:52
- Baxış sayı: 78
- Dekabr 12, 2025
- 0

“Qızıl Top” mükafatçısı, “Real Madrid”in sabiq hücumçusu, hazırda “Əl-İttihad”da oynayan Kərim Benzema açıqlama verib.
Allsport.az xəbər verir ki, ulduz futbolçu “kral klubu”nun çətin vəziyyətini şərh edib.
Benzemanın fikrincə, problem Mbappe, Vinisius, Bellingem və Rodriqo arasında anlaşmanın olmamasıdır.
O, futbolçuların rolunu dəqiqləşdirilməli olduğunu bildirib: “Bellingem bombardir yox, pleymeyker olmalıdır, Mbappe isə bombardir rolunda çıxış etməlidir. Vinisius sol cinah vingeri olaraq qalmalıdır”.
“Real Madrid” hazırda la liqada 2-ci, çempionlar liqasında isə 7-ci yerdədir.