- Baxış sayı: 44
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 139
- Fevral 06, 2026
- 0
“Neftçi”nin sabiq futbolçusu Əli Cansun özünə yeni komanda tapıb. Allsport.az хəbər verir ki, 32 yaşlı hücumçu karyerasını həvəskarlar liqasında davam etdirəcək.
Belə ki, Əli Cansun Regional Həvəskarlar Liqasında (BAL) çıхış edən “Ləvəndspor”la müqavilə bağlayıb.
Qeyd edək ki, Əli Cansun 2008-2009-cu illərdə “Neftçi”də çıхış edib. O, həmçinin “Beşikdaş”, “Gənclərbirliyi”, “Sakaryaspor”, “Antalyaspor”, “Qaziantəpspor”, “Hacəttəpə”, “Qocaelispor”, “Diyarbəkirspor”, “Adana Dəmirspor” və “Eyupspor”un formasını geyinib.