- Baxış sayı: 59
- 20 Mart 2026 17:53
- Baxış sayı: 269
- Mart 22, 2026
- 0

Belçikanın “Anderlext” klubunun baş məşqçisi Besnik Hasi Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri səfər oyununu şərh edib. Allsport.az xəbər verir ki, o, 0:1 hesabıyla uduzduqları görüşdən sonra bunları söyləyib:
“İlk hissədə yaxşı oynamadıq. “Qarabağ” bütün mövqeləri bağlamışdı. İkinci yarıda isə daha yaxşı çıxış etdik. Komandam altı qol epizodundan yararlana bilmədi. Belə olan halda təbii ki, məğlubiyyət qaçılmaz idi”.