- Baxış sayı: 132
- 26 Mart 2026 15:26
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

Ağırlıqqaldırma üzrə beynəlxalq dərəcəli hakim Vahid Nəzərov bu il Tokioda keçiriləcək olimpiya oyunlarına dəvət alıb. Bunu allsport.az-a onun özü məlumat verib. Mütəxəssis bildirib ki, beynəlxalq ağırlıqqaldırma federasiyasından (İWF) Azərbaycan tərəfinə rəsmi məktub gəlib.
Həmyerlimiz yeniyetmələrin Sinqapur-2010 və London-2012 olimpiadalarında da referilər briqadasında yer almışdı. O, 3 dəfə baş məşqçi kimi də “dördillik”də iştirak edib.
12-19 martda Rumıniya paytaxtı Buxarestdə gənclərin dünya birinciliyinə hazırlaşan Vahid Nəzərov, aprelin 2-də Moskvada start götürəcək qitə çempionatında da komissar olacaq.