Beynəlxalq turnirdən medal sevinci

14-15 martda Niderlandın Alkmaar şəhərində keçirilən batut gimnastikası üzrə “Dutch Trampoline Open” beynəlxalq turnirində gimnastlarımız uğurlu nəticələr əldə ediblər.

Allsport.az xəbər verir ki, yarışda fərdi proqramda təmsilçilərimiz medal sıralamasında yer alıblar.

Belə ki, Selcan Mahsudova 56.580 xalla qızıl medal qazanaraq turnirin qalibi olub. Maqsud Mahsudov 60.030 xalla fəxri kürsünün 1-ci pilləsinə qalxıb. Hüseyn Abbasov isə 57.410 xalla bürünc medala layiq görülüb.

Sinxron proqramda da Azərbaycan gimnastları uğurlu çıxışlarını davam etdiriblər. Maqsud Mahsudov – Hüseyn Abbasov cütlüyü 51.530 xalla gümüş medal qazanıb. Digər kişi cütlüyü – Ömər Qasımlı və Məhamməd Həsənli isə 43.680 xalla qızıl medal əldə edib.

Selcan Mahsudova yarış zamanı ən çətin proqramı təqdim edən qadın idmançı kimi xüsusi kuboka da layiq görülüb.

Həmin kateqoriyadan