Beynəlxalq turnirin qonaqları ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

Bakıda yeniyetmə boksçular arasında “Heydər Əliyev kuboku-2024” beynəlxalq turnirinin hakimləri, qonaqlar və Azərbaycan boks federasiyasının nümayəndə heyəti Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Allsport.az xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Qeyd edək ki, “Heydər Əliyev kuboku-2024” beynəlxalq turniri bu gün start götürəcək və mayın 18-də başa çatacaq.

Həmin kateqoriyadan