- Baxış sayı: 313
- 03 Dekabr 2025 20:20
- Baxış sayı: 53
- Dekabr 05, 2025
- 0

Dünən qadın millimizin keçmiş üzvü Yuliya Raykeviç Minskdə 3-qat olimpiya çempionu Aleksandr Medvedin adını daşıyan güləş məktəbində usta dərsləri keçib.
Allsport.az saytı xəbər verir ki, tədbirdə Belarus güləş federasiyasının prezidenti, həmyerlimiz Kamandar Məcidov da iştirak edib. Olimpiya, dünya və Avropa çempionu yeniyetmə və gənc güləşçilərə öz tövsiyyəsini verib.
Qeyd edək ki, Yuliya Raykeviç uzun müddət millimizin aparıcı üzvü olub. Legionçu London-2012-nin bürünc, dünya (2009) və 2-qat Avropa (2011, 2016) çempionu, planetin ən güclülərinin yarışının 2-ci (2010, 2014) və 3-cü (2013, 2015) yerlərinin sahibidir.
