Bilet dəllallarına bəd xəbər

Azərbaycanda kütləvi idman yarışları zamanı biletləri əvvəlcədən ucuz alıb yarış öncəsi baha qiymətə satan insanlara qarşı maliyyə cəzası tətbiq edilə bilər. Allsport.az xəbər verir ki, Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Rauf Əliyev “Trend”ə bildirib ki, bununla bağlı məsələ “Bədən tərbiyəsi və idman haqqında” qanuna təklif olunan dəyişikliklərdə nəzərdə tutulub.

Əliyev qeyd edib ki, biletlərin satışı ilə bağlı bütün məsələlərin qanun çərçivəsində tənzimlənməsi nəzərdə tutulur. Onun sözlərinə görə, bu qaydalar Azərbaycanda keçiriləcək beynəlxalq yarışlara da tətbiq ediləcək.

Bu istiqamətdə görüləcək tədbirlərdən biri kimi, R.Əliyev elektron bilet satışının tətbiq edilməsini misal gətirib: “Hazırda Azərbaycan Futbol Federasiyaları Assosiasiyasi elektron bilet satışını tətbiq edir. Tamaşaçı heç bir yerə getmədən elektron bilet alır. Yəni artıq bu analoq Azərbaycanda var. Bu, həm insanlar üçün rahat olur, həm də burada neqativ hallar baş vermir”.

Əliyev deyib ki, hazırda qanuna təklif edilən dəyişikliklər müzakirə edilir.

Həmin kateqoriyadan