- Baxış sayı: 42
- 22 Noyabr 2024 20:40
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ” bu gün iki yoхlama oyunu keçirib. Allsport.az хəbər verir ki, Roman Qriqorçukun komandası Türkiyə və Ukrayna klubları ilə qarşılaşıb.
“Qəbələ” Bakı vaхtı ilə saat 16:00-da qardaş ölkənin PTT 1-ci Liqasında mübarizə aparan “Adanaspor”la üz-üzə gəlib. Hansı ki, bu komandaya “Rəvan”ın keçmiş baş məşqçisi Güvənc Qurtar başçılıq edir. Sözügedən rəqiblə oyun bol qollu alınıb. 5 topun vurulduğu qarşılaşma “Qəbələ”nin xeyrinə başa çatıb.
Bundan 3 saat sonra başlayan digər oyunda isə rəqib Ukraynanın “Vorskla” klubu olub. Bu oyunda hesabı ukraynalılar açıblar. Amma ikinci hissədə əzmkarlıq nümayiş etdirən Roman Qriqorçukun komandası qələbə qazanıb.
Qeyd edək ki, “Qəbələ” Antalyadakı ilk yoхlama oyununda Hollandiyanın PSV klubunun ikinci komandası ilə heç-heçə edib (0:0), ardınca Türkiyə “Əskişəhərspor”una uduzmuşdu (1:3).
Yoхlama oyunu
17 yanvar
“Qəbələ” – “Adanaspor” – 3:2 (1:1)
“Qəbələ” oyuna bu heyətlə çıxıb: 1. Kamran Ağayev, 13. Murad Musayev, 3. Şirməhəmməd Məmmədov, 8. Markinyos, 23. Emin Zamanov, 87. Bəhlul Mustafazadə, 17. Qismət Alıyev, 90. Ekiqo Ehiosun, 99. Tellur Mütəllimov, 24. Elnur Mustafazadə, 12. Aleksandru Benqa.
“Qəbələ” – “Vorskla” – 2:1 (0:1)
“Qəbələ”nin start heyəti: 30. Anar Nəzirov, 34. Ürfan Abbasov, 44. Rafael Santos, 15. Ruslan Abışov, 16. Ruslan Tağızadə, 4. Elvin Camalov, 19. Aleksey Qay, 6. Rəşad Sadiqov, 14. Cavid Hüseynov, 27. Bəxtiyar Soltanov, 18. Ruslan Fomin.
Ehtiyat oyunçular: 22. Dmitri Bezotosnı, 25. Adrian Ropotan, 9. Viktor Mendi, 5. Sadiq Quliyev.