- Baxış sayı: 27
- 24 Noyabr 2024 11:25
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
“Neftçi”nin futbolçusu Nikolas Kanales Topaz Premyer Liqasında 50-ci oyununu keçirib. Allsport.az xəbər verir ki, AzAL-la 3-cü turdan təxirə salınan qarşılaşma çilili hücumçu üçün yubiley xarakteri daşıyıb.
Bu əlamətdar hadisəyə matçın taleyini həll edən qolla töhfə verən Kanales Azərbaycan çempionatlarında 31-ci qolunu vurub. Cari mövsüm AzAL-la keçirilən hər üç oyunda qol vuran hücumçu Premyer Liqadakı orta məhsuldarlığını 0,62-yə çatdırıb. Bu isə ən azı 50 oyun keçirən futbolçular arasında Azərbaycan çempionatları tarixinin 3-cü göstəricisidir.
“Neftçi”nin 1:0 hesablı səfər qələbəsi qazandığı görüşdə daha 3 yubiley qeydə alınıb. Start heyətində meydana çıxan digər 2 futbolçu da özü üçün tarixi qarşılaşmada iştirak edib. “Neftçi”nin müdafiəçisi Elvin Yunuszadə iki yubileyə eyni vaxtda sevinib. Premyer Liqada 100-cü matçına çıxan arxa xətt oyunçusu bu qarşılaşmaların 31-ni “Simurq”, 69-nu “Neftçi”də keçirib. Elvin həm də “ağ-qaralar”ın heyətində ümumilikdə 100-cü matçına çıxıb. Buna onun 15 kubok və 16 avrokubok görüşündə də iştirak etməsi səbəb olub.
Yubiley oyununda sarı vərəqə ilə cəzalanan Yunuszadə kimi AzAL-ın futbolçusu Xuan Fransiskoda əlamətdar qarşılaşmanı xəbərdarlıqla başa vurub. 3 mövsümdə Bakı klubunun formasını geyən ispaniyalı Premyer Liqada 50-ci oyununu keçirib.