- Baxış sayı: 42
- 03 Dekabr 2024 17:37
- Baxış sayı: 317
- Dekabr 02, 2024
- 0
“Sabah”ın baş məşqçisi Rimas Kurtinaytis FİBA çempionlar liqasının təsnifatının 1/4 finalında “Norrköping Dolphins” klubu ilə oyundan sonra görüşlə bağlı fikrini bildirib. Allsport.az saytı xəbər verir ki, o, İsveş klubuna yenilgini zamanla əlaqələndirib:
“Rəqibin oturmuş heyəti var idi. Komanda onurğa sütununu qorumuşdu. Bizdə isə komanda demək olar ki, yenidən qurulub. Oyunçular arasında anlaşmanın daha yüksək səviyyədə olması üçün daha çox oyun keçirməliyik. Biraz zamana ehtiyacımız var.
Buna baxmayaraq, düşünürəm ki, yaxşı çıxış etdik. Oyunçularımız əllərindən gələni etdilər. Qələbəyə yaxın olduğumuz anlar da oldu. Lakin sonluğu gətirə bilmədik. Adətən hakimlərlə bağlı fikir bildirmirəm. Amma bəzi oxşar epizodlarda fərqli hakim qərarlarının şahidi olduq.