- Baxış sayı: 24
- 08 Dekabr 2025 23:57
- Baxış sayı: 31
- Dekabr 08, 2025
- 0

“Neftçi”nin məşqçisi Sənan Qurbanov “Sabah”la (0:2) oyundan sonra mətbuat konfransında iştirak edib.
Allsport.az xəbər verir ki, o, məğlubiyyəti belə şərh edib:
“Bu 3 oyunda əlimizdən gələni etməyə çalışdıq ki, bəlkə, komanda toparlanar, amma nəticələr yaxşı olmadı. Azarkeşlərimizi məyus etdik. Düşünürəm ki, 3 matç arasında ən pis oyunumuz bu gün oldu. İlk hissədə rəqibə müqavimət göstərdik. İki hücumçu ilə çıxdıq ki, rəqibə təzyiq edək, amma birinci hissədən sonra bəzi futbolçular zədə səbəbindən əvəzetmə istədilər. Əvəzetmələrlə oyuna təsir etməyə çalışdıq, lakin bu da bəhrəsini vermədi. İnşallah, qarşıdakı günlər “Neftçi” üçün xeyirli olar. Yeni baş məşqçi gələr, komandanı toparlayar. Biz yalnız “Neftçi”nin yaxşı olmasını arzulayırıq”.