“Bizdə fiziki baxımdan disbalans var”

“Sumqayıt” premyer liqanın 8-ci turunda səfərdə “Neftçi” ilə 1:1 heç-heçə edib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Samir Abbasov açıqlama verib:

“Bir az məyusuq. O da itirdiyimiz xallara görədir. Ardıcıl məğlubiyyətdən sonra səfərdə qələbə qazana bilərdik. Bu da yenidən ayağa qalxmaq üçün stimul olardı. Son nöqtələrdə keyfiyyət məsələsinə görə xallardan olduq.

Biz də epizodlar əldə etdik. Son olaraq, futbolçunun üzərinə düşən rahatçılıq var idi ki orada axsadıq. Bu bizim üçün başlanğıcdır. Faciə yox idi. Öz gücümüzə inanırıq. Futbolçularımın itirilən 2 xala görə üzüntülərini görürəm.

Bizdə fiziki baxımdan disbalans var. Hamısı düzələcək. Hər şey yaxşı olacaq. Çalışacağıq hamısı optimal vəziyyətə gəlsin. Azarkeşlərimizə də təşəkkür edirəm. Ən yaxşısı üçün çalışacağıq. Söz verirəm”.

Həmin kateqoriyadan

azenrutr