- Baxış sayı: 38
- 22 Noyabr 2024 16:28
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
“Qəbələ” bu gun Avropa Liqasının ikinci təsnifat mərhələsi cərcivəsində ilk oyununa cıxır. Allsport.az xəbər verir ki, bölgə klubu Serbiyada, paytaxt Belqradın 19 kilometrliyində yerləşən kicik Cukaritse şəhərini təmsil edən “Cukariçki” komandasının qonağı olacaq.
“Qəbələ”nin yarımmüdafiəçisi Rəşad Sadiqov bu oyun öncəsi fikirlərini açıqlayıb. O, Gürcüstanın “Dinamo” (Tiflis) klubu üzərindəki tarixi qələbədən sonra komandada yüksək əhval-ruhiyyə hökm sürdüyünü bildirib. Təcrübəli futbolçunun sözlərinə görə, “Qəbələ” avrokuboklarda ilk qələbəsini qazanaraq mərhələ keçsə də, futbolçular eyforiyaya qapılmayıblar:
“Hələ ki bir mərhələ keçmişik və bununla eyforiyaya düşmək olmaz. Çalışacağıq ki, bundan da yaxşı nəticə əldə edək və Avropa Liqasında irəliləyək. “Çukariçki” üzərində qələbə qazanmaqla, “Qəbələ”ni daha da irəli aparmaq istəyirik”.
32 yaşlı yarımmüdafiəçinin fikrincə, Serbiya futbolundan söz düşəndə, gözü önünə “Srvena Zvezda”, “Partizan” klubları gəlir: “Ancaq “Çukariçki” də tarixi olan klubdur. Ümumiyyətlə, avrokuboklarda zəif klub olmur. Buna görə də, mərhələ adlamaq üçün əlimizdən gələni edəcəyik. Komandamız Qəbələdəki kimi çıxış etsə, mərhələ keçən tərəf biz olacağıq. Əsas məsələlərdən biri özünəinamı itirməməkdir. Əlbəttə, Roman Qriqorçuk hər zaman olduğu kimi rəqibi yaxşı təhlil edib. O, “Çukariçki”nin zəif və güclü tərəfləri haqda bizə məlumat verib. Rəqib, əsasən, komanda oyunu ilə seçilir. Fərdi planda heç kim nəzərə çarpmır. Biz qarşıdakı matçda oyunumuzu diqtə edən tərəf olmalıyıq”.
Sadiqov vaxtilə avrokuboklarda “Partizan”a qarşı oynayıb. Bunu “Neftçi”nin heyətində edən futbolçu Serbiya klubunda texnikalı oyunçuların üstünlük təşkil etdiyini deyib: “Doğrudur, atletik futbola üstünlük verirlər, fiziki gücləri çox olsa da, texnikalı da oynayırlar. Təsadüfi deyil ki, Avropanın hər yerində serb futbolçular çoxdur və yaxşı texnikaya malikdirlər. Məncə, bu baxımdan serbrlərlə oynamaq adama həm də zövq verir. Yəni ingilislər kimi tam atletik futbol oynamadıqlarından, onlara qarşı mübarizə aparmaq məncə, daha rahatdır. Ola bilər ki, hava mübarizələrində “Çukariçki” futbolçularının hansısa üstünlükləri olsun. Ancaq futbol yalnız “ikinci mərtəbədə” oynanılmır. Bizim komanda da matça yaxşı hazırlaşıb. Elə etməliyik ki, serblər fiziki planda bizi üstələməsinlər. Əksinə, biz öz güclü tərəfl ərimizlə onları üstələyək və vətənə yaxşı nəticə ilə qayıdaq. Bu zaman Qəbələdəki oyunda bizə daha rahat olacaq”.
Rəşad Belqraddakı matçda əsas məqsədlərinin qələbə qazanmaq olduğunu söyləyib: “Bu, birmənalı olaraq belədir. Bizi səfər matçında yalnız qələbə maraqlandırır. İnşallah, bunun üçün əlimizdən gələni edəcəyik”.