“Bizim çəkinəcək bir şeyimiz yoxdur”

Sabah “Qarabağ” avroliqanın əsas mərhələsinin 3-cü turunda evdə Niderlandın “Ayaks” klubu ilə qarşılaşacaq. Allsport.az saytı xəbər verir ki, oyun öncəsi Tofiq Bəhramov adına respublika stadionunda keçirilən mətbuat konfransında “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanov bunu dedi:

“Rəqib dünyaca məşhur klubdur, çoxlu titulları var. Azarkeşlər “Ayaks”ın oyunundan zövq alırlar, daim onu diqqətlə saxlayırlar. Rəqib sürətli və ağıllı futbol oynaylr. Bizə gəlincə, pis hazırlaşmamışıq. Sabah yaxşı çıxış edib tərəfdarlarımızı sevindirmək niyyətindəyəm.

Zədəlilər müalicələrini davam etdirirlər. “Ayaks” kimi klubla oynamaq böyük təcrübədir, gənc futbolçular üçün yüksək ovqatdır. Bəzi rəqiblərin çempionatları arasında böyük fərq var. Buna rəğmən, ayaqda qalmağı bacarırıq və bizim çəkinəcək bir şeyimiz yoxdur”.

Həmin kateqoriyadan