“Bizim üçün çətin matç oldu”

“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya çempionatının 5-ci turunda “Real Sosyedad”la oyundan sonra jurnalistlərə açıqlama verib. Onun yetirmələri 2:0 hesabı ilə qalib gəlib. Qolları Vinisius Junior və Klian Mbappe vurub.

Allsport.az xəbər verir ki, italiyalı çalışdırıcı çətin matç olduğunu bildirib:

“Bizim üçün çətin matç oldu. Bəlkə də, rəqib yaxşı oynadığı üçün qələbəyə layiq deyildik. Deyə bilərəm ki, yalnız yekun nəticə məni qane edir. Tənqid sonra gələcək. İndi komanda hələ yüz faiz hazır deyil, lakin fərdi qaydada futbolçular təkmilləşir”.

Həmin kateqoriyadan