Bizimkilər Beynəlxalq Velosipedçilər İttifaqının yeni prezidentini seçib

Beynəlxalq Velosipedçilər İttifaqının yeni prezidenti seçilib. Allsport.az saytı xəbər verir ki, qurumun Norveçin Bergen şəhərində baş tutan 186-cı konqresində fransalı David Lappartien 37 səslə qalib olub. 2013-cü ildən UCİ-yə rəhbərlik edən digər namizəd, britaniyalı Brayan Kuksona isə 8 nəfər səs verib.

David Lappartien 2013-cü ildən Avropa Velosipedçilər İttifaqının (UEC) prezidentidir. Qeyd edək ki, toplantıda AzVİF-in 1-ci vitse-prezidenti, UEC-in rəhbər komitəsinin üzvü Sahib Ələkbərovla baş katib Fərhad Əliyev təmsil edib.

Adı 2-ci çəkilən təmsilçimiz UEC-yə üzv olan 50 milli federasiya içərisindən seçilmiş səs hüququna malik 15 səlahiyyətli nümayəndədən biri kimi seçkidə iştirak edib. Prezident seçkiləri başa çatdıqdan sonra, UCİ-nın rəhbər komitəsinin yeni üzvləri də seçilib.

Həmin kateqoriyadan