- Baxış sayı: 173
- 26 Mart 2026 16:13
- Baxış sayı: 173
- Mart 26, 2026
- 0

“Neftçi”nin sabiq prezidenti Orxan Hüseynzadə beynəlxalq təyinat alıb.
Allsport.az xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət Avro-2025-in seçmə mərhələsində keçiriləcək Bolqarıstan – Kosovo matçında UEFA nümayəndəsi olacaq.
Oktyabrın 17-də Sofiyada reallaşacaq görüş Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.