- Baxış sayı: 38
- 22 Noyabr 2024 16:28
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Almaniyanın “Borussiya” (Dortmund) klubunun erməni yarımmüdafiəçisi Henrix Mxitaryan Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qəbələ”yə qarşı səfər oyunu zamanı Azərbaycana buraxılmaya bilər. Allsport.az xəbər verir ki, buna səbəb sözügedən futbolçunun 2011-ci ildə qondarma Dağlıq Qarabağ Respublikasına qanunsuz səfər etməsidir.
Qeyd edək ki, sözügedən region hazırda erməni separatçılarının işğalı altındadır. Həmin əraziyə hər hansı şəxsin səfər etməsi isə Azərbaycan tərəfindən qanunsuz hesab olunur. Bir sözlə, Mxitaryan da Azərbaycan sərhədini qanunsuz şəkidlə pozmuş sayılmalıdır. Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçməyə görə isə 5 ilədək həbs qərarı mövcuddur. Yəni qanunla Mxitaryan Azərbaycana səfərə gəlsə, o, həbs olunmalıdır.