“Bosşelf” və Saatlı ilk qarşılaşmada qalib olub

Allsport.az xəbər verir ki, ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş 1-ci kubok turnirinə start verilib.


Veteran kişi voleybolçuların mübarizə apardığı yarışın ilk qarşılaşmasında “İceland” və “Bosşelf” komandaları üz-üzə gəlib.

Görüş “Bosşelf” kollektivinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Azərbaycan voleybol federasiyasının idman zalında təşkil olunan turnirin 2-ci matçı Saatlı və “Algo Beach” komandaları arasında olub.

Bu oyunda Saatlı təmsilçiləri rəqibini 2:1 hesabı ilə məğlub edib.

4 komandanın mübarizə apardığı turnirin ikinci günündə ilk olaraq saat 16:00-da meydana “Saatlı” və “İceland” komandaları çıxacaqlar. Saat 17:30-da isə “Algo Biç” – “Bosşelf” kollektivləri üz-üzə gələcəklər.

Dairəvi sistemlə keçirilən yarışın qalibi mayın 7-də müəyyən olunacaq.

Həmin kateqoriyadan