- Baxış sayı: 38
- 22 Noyabr 2024 16:28
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Serbiyanın “Çukariçki” klubunun yarımmüdafiəçisi Petar Boyiç Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində “Qəbələ” üzərində qazandıqları qələbəni şərh edib. Allsport.az xəbər verir ki, ilk oyunda Azərbaycan klubuna 1:0 hesabıyla qalib gəlmiş serblərin aparıcı futbolçusu bunları söyləyib:
“Biz güclü komandaya qarşı yaxşı oyun keçirdik. Qol vurmaq üçün çox şansımız oldu. Lakin onların yalnız birindən istifadə edə bildik. Fikrimcə, bu qələbəyə layiq idik. Avroliqada keçirdiyimiz üç oyunda iki qol vurmuşuq, hər ikisi də penaltidən. Ümid edirəm ki, qarşıda da belə olacaq. Kapitan İqor Matiçin yoxluğu hiss olunurdu. Çünki çox qapalı oyun sərgiləyirdik. Cavab qarşılaşmasında daha aqressiv futbol oynamaq haqda düşünməliyik, ağıllı oynayıb., qol buraxmamalıyıq”.