- Baxış sayı: 35
- 20 Mart 2026 13:31
- Baxış sayı: 118
- Mart 19, 2026
- 0

Formula1 üzrə dünya çempionatında 20 mərhələ arxada qalıb. Allsport.az saytı xəbər verir ki, San-Paulu avtodromunda keçirilən Braziliya qran-prisini ötən mükafat yarışında (Mexiko) çempionluğu rəsmiləşən Lüis Həmilton qazanıb.
Bu uğur “Mersedes”in erkən Mühəndislər kubokuna sahib çıxmasıyla da nəticələnib. Almaniya şirkəti ardıcıl 5-ci dəfə zirvəni fəth edir. Britaniyalı sürücüyə gəlincə, karyerasında 72-ci, mövsümdə 10-cu qələbəsinə sevinib.
“Red Bull”un pilotu Maks Ferstappen finişə 2-ci, Kimi Rəykkönen 3-cü çatıb. Ötüşmələrə 2 həftə sonra Əbu-Dabi qran-prisi ilə yekun vurulacaq.