- Baxış sayı: 125
- 04 Dekabr 2025 23:43
- Baxış sayı: 62
- Dekabr 05, 2025
- 0

UFC döyüşçüsü Rafael Fiziyev Şarl Oliveyra ilə döyüşdən imtina etmək qərarını şərh edib.
Allsport.az xəbər verir ki, oktyabrın 11-də Fiziyevlə Oliveyra arasındakı döyüş Rio-de-Janeyroda baş tutmalı idi. Fiziyev zədələndikdən sonra onun yerinə polşalı Mateuş Qamrot döyüşəcək.
“Yenidən dizimdən zədə aldım. Əməliyyata ehtiyacım olmayacaq, amma düzgün məşq edə və ya spar edə bilmirəm. Sağalmaq üçün bir neçə ay istirahət etməliyəm.
Braziliyada döyüşə bilmədiyim üçün təəssüflənirəm. Mən bunu çoxdan xəyal edirdim. Amma artıq iki diz əməliyyatı keçirmişəm, ona görə də belə zədə ilə mübarizə aparmaq çox riskli olardı. Eyni dizdə üç əməliyyat həqiqətən pisdir”, – deyə Fiziyev sosial şəbəkədə paylaşdığı videoda bildirib.