“Bu axşam göz yaşlarımı çətinliklə saxlayırdım”

“Qalatasaray”ın hücumçusu Viktor Osimhen çempionlar liqasının 1/8 final mərhələsinin ilk oyununda İngiltərənin “Liverpul” klubu üzərində qazanılan qələbədən (1:0) sonra sosial şəbəkə hesabında emosional paylaşım edib.

Allsport.az xəbər verir ki, qarşılaşmada Mario Leminanın vurduğu yeganə qolun ötürməsini edən nigeriyalı ulduz “sarı-qırmızılı” azarkeşlərin ona göstərdiyi sevgidən təsirləndiyini bildirib.

Osimhen paylaşımında bu hissləri heç vaxt unutmayacağını vurğulayaraq yazıb: “Bu axşam mənim üçün hədsiz dərəcədə emosional idi, göz yaşlarımı çətinliklə saxlayırdım. İlk gündən mənə, ailəmə və yaxınlarıma göstərdiyiniz sevgi və hörmətə görə minnətdaram. Belə anlar futbolun sadəcə oyundan ibarət olmadığını, sevgi, sadiqlik və birlik rəmzi olduğunu xatırladır. Bu klub və inanılmaz azarkeşlər üçün mübarizəni davam etdirəcəyimə söz verirəm. Biz bir ailəyik”.

Həmin kateqoriyadan