Bu dəfə “Mersedes”

Braziliyada Formula-1 dünya çempionatının 19-cu mərhələsi başa çatıb. Allsport.az saytı xəbər verir ki, komandalar 4309-metrlik San-Paulu trasında 71 dövrə vurublar.

Öncəki, Ostin və Mexikoda dubl edən “Red Bul”, bu dəfə yerini “Mersedes”ə verib. Komandanın öncülü Lüis Həmilton finişə çatmağa 1 saat 32:22.851 saniyə vaxt sərf edib.

Avstriya təmsilçisinin aparıcı sürücüsü Maks Ferstappen 2-ci yer tutub. İlk üçlüyü Valtteri Bottas qapayıb.

Növbəti ötüşmə 1 həftə sonra Qətərdə baş tutacaq. Pilotlar 5380-metrlik Losail trasında 57 dövrə vuracaqlar.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish