Ferstappen ilin son qran-prisində qələbə qazanıb

“Formula-1” üzrə dünya çempionatının 2023-cü il mövsümünə yekun vurulub.

Allsport.az xəbər verir ki, Abu-Dabidə keçirilən son yarışda Maks Ferstappen qələbə qazanıb.

“Red Bull” pilotu 58 dövrəlik yarışda finiş xəttini birinci keçib. Onu Şarl Lekler (“Ferrari”) və Corc Rassell (“Mersedes”) izləyiblər. Ferstappen 22 qran-pridən 19-da qələbə qazanmaqla rekorda imza atıb.

Yekunda 575 xal toplayan niderlandlı sürücü rəqiblərini xeyli qabaqlayıb. Serxio Peres 285 və Lyuis Hemilton 234 xalla növbəti yerləri tutublar.

Mühəndislər kubokunda “Red Bull” rekorda imza atıb. 22 mərhələnin 21-də finiş xəttini birinci keçən Avstiya komandası 95,45 faizlik göstərici ilə “Maklaren”in 1988-ci ildəki nəticəsini yaxşılaşdırıb. O vaxt britaniyalılar 93,75 faizlik nəticəyə imza atıblar.

Qeyd edək ki, ümumi hesabda “Red Bull” 860, “Mersedes” 409, “Ferrari” 406 xal toplayıb.

Həmin kateqoriyadan