“Həmilton həmişə “Mersedes” motorsport tarixinin mühüm bir hissəsi olacaq”

Allsport.az xəbər verir ki, formula-1-də “Mersedes” komandasının baş direktoru Torger Kristian, Lüis Həmiltonun gedişi ilə bağlı danışıb:

“Lüislə münasibətim idmanda çox uğurlu olub və biz geriyə qürurla baxa bilərik. Həmilton həmişə “Mersedes” motorsport tarixinin mühüm bir hissəsi olacaq.

Bununla belə, biz bilirdik ki, nə vaxtsa ortaqlığımız təbii olaraq sona çatacaq və o gün gəlib çatdı. Biz Lüisin yeni çağırışlar axtarmaq qərarını qəbul edirik və gələcək üçün seçimlərimizi nəzərdən keçirməkdən həyəcanlanırıq. Lakin hazırda daha bir mövsümümüz qalıb.

Həmin kateqoriyadan