Ferstappen aranı açdı

Formula-1 mövsümünün altıncı mərhələsi olan Mayami qran prisi başa çatıb.

Allsport.az xəbər verir ki, Maklaren pilotu Lando Norris yarışın qalibi olub. “Red Bull”dan Maks Ferstappen yarışı ikinci yerdə tamamlayıb. İlk üçlüyü “Ferrari”dən Çarlz Lekler tamamlayıb.

Ferstappen, qalib gəlməsə də, ən yaxın təqibçilərindən daha da uzaqlaşıb. İndi o, fərdi hesabda komanda yoldaşı Serxio Peresi 35 xal qabaqlayır.

Konstruktorlar çempionatının turnir cədvəlində “Red Bull” liderdir (237 xal).

Həmin kateqoriyadan