Azərbaycan mükafat yarışı üçün marşalların təlimi

Bakı şəhər halqası əməliyyat şirkətinin nəzdində fəaliyyət göstərən Bakı marşal klubu yerli marşalların təliminə başlayıb.

Allsport.az xəbər verir ki, təlimlərin keçirilməsində məqsəd yarış zamanı mümkün fövqəladə halların idarə edilməsi, əməliyyat və qarşılıqlı fəaliyyət planları reallığının yoxlanılmasıdır.

Eyni zamanda, bu təlimlər təhlükəli halların qarşısının alınması və yaranmış problemlərin çevik şəkildə həll edilməsi bacarıqlarının artırılmasına yönəlib.

Avropa oyunları parkında yerləşən Bakı marşal mərkəzində keçirilən təlim nəzəri və praktiki hissələrdən ibarətdir. Nəzəri hissədə Formula-1 Qatar Airvays Azərbaycan qran prisi 2024-ün idarəetmə texnikaları və cari mövsümün yenilikləri marşallara öyrədilir. Praktiki hissədə isə marşallar, xüsusi olaraq hazırlanmış simulyasiya trekində öyrəndikləri bacarıqları tətbiq edirlər.

Təlim sentyabrın 13-15-də keçiriləcək növbəti Formula-1 Qatar Airways Azərbaycan qran prisi 2024-ə hazırlıq mərhələsidir. Yarışda 1470 marşalın iştirakı nəzərdə tutulur.

Həmin kateqoriyadan