“Avtoidmanda daha az qadın var”

Allsport.az xəbər verir ki, formula-1 üzrə 3-qat dünya çempionu Maks Ferstappen niyə bu idman növündə qadınlar iştirak etmir sualını cavablandırıb:

“Düşünürəm ki, Formula-1 avtomobilini fiziki olaraq bəzi traslarda idarə etmək kifayət qədər çətindir, amma, çox işləsəniz, hər şeyi öyrənmək olar, amma bir qadın üçün bu, təbii olaraq bir az daha qəlizdir. Bununla belə, kifayət qədər istedadınız varsa, bu, əlbəttə ki, mümkündür.

Əgər hamını məğlub edən qadın olsaydı, təbii ki, formula-1-ə düşmək imkanı olardı. Amma fakt odur ki, avtoidmanda daha az qadın var və təbii olaraq onların zirvəyə çatma faizi daha aşağıdır”.

Həmin kateqoriyadan