- Baxış sayı: 39
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 123
- Fevral 06, 2026
- 0

“Sumqayıt” premyer liqanın XVI turunda evdə “Sabah”a uduzub – 1:3.
Allsport.az xəbər verir ki, görüşdən sonra “kimyaçılar”ın məşqçisi Veliçko Kaplanoviç bunu deyib:
““Sabah”ı qələbə münasibəti ilə təbrik edirəm. Bu gün onlar qələbəyə layiq idilər. Bütün buraxdığımız səhvlərdə bizi cəzalandırmağı bacardılar. İkinci hissədə daha yaxşı oynamağa çalışdıq. Lakin belə komandalara qarşı bir hissə yox, bütün matç boyu mükəmməl şəkildə oynamaq lazımdır”.