“Bu, onun yaşıl meydanlara tam qayıdışı yolunda növbəti addım idi”

“Barselona”nın baş məşqçisi Hansi Flik İspaniya kubokunun 1/16 finalında “Qvadalaxara” üzərində qazanılan 2:0 hesablı qələbədən sonra komandasının oyununu dəyərləndirib.

Allsport.az xəbər verir ki, almaniyalı mütəxəssis aşağı liqa təmsilçilərinə qarşı oyunların çətinliyini və qapıçı Mark-Andre ter Ştegenin geri dönüşünü xüsusi vurğulayıb.

“Kubokda oynamaq asan deyil, lakin yekunda ən vacib məqam nümayiş etdirdiyimiz əhval-ruhiyyə və mentalitetdir. Ter Ştegen komandamızın kapitanıdır və bizim üçün çox önəmlidir. Bu gün onun oynamaq imkanı var idi və mən İspaniya kuboku kimi turnirdə bu fürsəti ona verdim. Ona böyük hörmətim var. Bu, onun yaşıl meydanlara tam qayıdışı yolunda növbəti addım idi. “Qvadalaxara” kimi komandalara qarşı matçlar həmişə çətin keçir. Meydandakı düzgün köklənmə qələbənin açarıdır. Hər iki komanda bunu nümayiş etdirdi, lakin qələbə bizimlə qaldı.”

Həmin kateqoriyadan