“Bu sirk deyil, futboldur”

“Milan”ın baş məşqçisi Paulo Fonseka “Fiorentina”ya məğlubiyyətdən (1:2) sonra İtaliyadakı hakimliyi tənqid edib.

Allsport.az xəbər verir ki, Fonseka üç penalti zərbəsi təyin olunan oyunun hakimlərindən narazı qalıb:
“Hakimlik haqqında danışmağı xoşlamıram, amma bu futbol deyil. Futbol təmas idman növüdür və hər toxunuş penalti təyin etmək üçün kifayət deyil. Bu sirk deyil, futboldur. Mən təkcə bizə qarşı təyin olunan penaltiləri deyil, həm də xeyrimizə təyin olunan penaltiləri deyirəm.”

Həmin kateqoriyadan