- Baxış sayı: 33
- 27 Noyabr 2024 14:48
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
“Neftçi” premyer liqanın 27-ci turunda səfərdə “Zirə”yə 0:1 uduzub. Allsport.az saytı xəbər verir ki, “ağ-qaralar”ın baş məşqçisi Samir Abbasov mətbuat konfransında bunu deyib:
“Rəqibi təbrik edirəm. Avrokuboka vəsiqə qazandılar. Bir stimul qalmayanda komandanı kökləmək, hazırlamaq çətin olur. Buna baxmayaraq, komanda yaxşı futbol göstərdi. Bu ssenarini gözləyirdik.
Rəqib əks-hücumlarda və standart vəziyyətlərdə fərqlənə bilərdi. Bütün futbolçular meydanda can qoydular. Gərgin matç alındı. Oyun heç nəyi həll etməsə də, yaxşı oyun göstərmək istəyirdik.
Məğlubiyyətə görə paltardəyişmə otağında həddən artıq əsəbi idilər. Ağır mövsümdə ikinci yeri təmin etmək yaxşı nəticədir”.