- Baxış sayı: 30
- 17 Dekabr 2025 11:04
- Baxış sayı: 50
- Dekabr 16, 2025
- 0

“Bu, bizim çempionlar liqasında ilk mövsümümüz idi. Əlbəttə, təcrübə baxımından problemimiz var. Bu da təbii haldır”.
Allsport.az xəbər verir ki, bu sözləri “Sabah” basketbol klubunun baş məşqçisi Rimas Kurtinaytis FİBA çempionlar liqasının qrup mərhələsinin sonuncu turunda Almaniyada “Alba Berlin” klubuna 82:106 hesabı ilə uduzduqları oyundan sonra deyib.
Mütəxəssis məğlubiyyəti belə şərh edib: “Evdə çox yaxşı oyunlarımız oldu. Amma təəssüf ki, bu performansı səfər oyunlarında nümayiş etdirə bilmədik. Heyətdə rotasiya ilə bağlı çətinliklərimiz var. Biz 7 nəfərlə ilk 3 periodda yaxşı mübarizə aparırıq. Lakin əvvəlki bəzi oyunlarda olduğu kimi, bu dəfə də son periodda heyətdəki rotasiya imkanlarının çatışmazlığı səbəbindən istədiyimizi edə bilmirik. “Alba Berlin”də eyni zamanda 3-4 oyunçu əvəzlənir, amma bizdə belə bir imkan yoxdur. Buna baxmayaraq, bu turnir bizim üçün böyük təcrübə oldu”.