- Baxış sayı: 38
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Norveçin paytaxtı Osloda dünya çempionatında 3-cü yeri tutan yunan-Roma güləşi üzrə millimiz Vətənə qayıdıb. Allsport.az saytı xəbər verir ki, Heydər Əliyev beynəlxalq aeroportunda AGF-in vitse-prezidenti Elçin Cəfərov komandanın çıxışını belə şərh edib:
“Bu nəticə Azərbaycan güləşində tarixi hadisədir. Dünya çempionatında Rafiq Hüseynov (82 kq) qızıl, Sənan Süleymanov (77 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Murad Məmmədov (60 kq) isə bürünc medal qazandı. Bu, AGF-nin çox böyük uğurudur. Federasiyanın rəhbəri Namiq Əliyevi, millinin baş məşqçisi Aleksandr Tarakanovu, böyük məşqçi Rövşən Bayramovu, məşqçilər Akif Əliyevlə Həsən Əliyevi təbrik edirəm.
Uzun müddət bu yarışa hazırlıq keçmişdik. Bu prosesdə bizə dəstək olan gənclər və idman nazirliyinə, eləcə də milli olimpiya komitəsinə minnətdarlığımızı bildiririk. Təlim-məşq toplanışları davam edəcək. Noyabrda bizi U-23 dünya çempionatı gözləyir. İlin sonunadək bir neçə daxili yarışın keçirilməsi də nəzərdə tutulub. Bu uğuru “Dəmir yumruq” əməliyyatında qələbələr qazanmış şəhid və qazilərimizə həsr edirik”.