- Baxış sayı: 38
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
“Qəbələ”nin Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışı komandanın gənc futbolçusu Tellur Mütəllimov üçün xüsusi önəm kəsb edir. Allsport.az xəbər verir ki, 20 yaşını bu il qeyd edəcək hücumçu 2015-ci ili əsas komandanın heyətində başlayıb.
Klubun futbol akademiyasının yetirməsi olan gənc istedad U-17, U-19 və əvəzedici komandada özünü yaxşı tərəfdən göstərdikdən sonra artıq neçə aydır ki, Premyer Liqa təmsilçisinin hazırlıqlarına cəlb olunur.
Mütəllimov toplanış haqda fikirlərini bölüşüb: “Türkiyədəki məşq prosesi maraqlı və səmərəli keçir. Qısa müddətdir hazırlığa start versək də, fərq hiss olunmaqdadır. Var qüvvəmizlə çalışıb, mövsümün ikinci hissəsinə hazırlaşırıq. Mən komandada yeni olsam da, hər hansı çətinliklə üzləşmirəm. Təxminən iki aydır burada olduğumdan komandaya uyğunlaşmışam. Əsas heyət üzvlərini də öncədən də tanıyırdım. Elə bu üzdən də əsas komandaya keçəndən sonra çətin olmadı”.
2014-cü ilin noyabrından əsas komandanın oyunlarına cəlb edilən Tellur XII turun AZAL-la oyunundan etibarən “18-lik”də yerini təmin edib. Ötən ilin son 7 oyununda əsas komandanın qarşılaşmalarında adı protokola daxil edilən yarımmüdafiəçi hələ debüt şansı qazanmasa da, “11-liy”ə düşmək üçün addım-addım irəliləyir:
“Qəbələ”nin akademiyasında olduğum 4 il ərzində həmişə əsas komandaya düşəcəyimə inanmışam. Bunun üçün çalışıb, səylə məşq etmişəm. Əvvəl U-17, ardınca U-19 və əvəzedicilərin heyətində çıxış etdiyim vaxtlarda da məqsədim əsas komandaya düşmək olub. Bu yolu addım-addım qət etmişəm. Hələlik əsas komandada yeniyəm. Bu üzdən səbirlə çalışıb, məşq etməliyəm. Buradakı rəqabətə hazıram. Əsas komandadayamsa, əlimdən gələn köməyi etməliyəm. Şans qazanacağım qarşılaşmalarda “Qəbələ”nin uğuru üçün çalışacağam”.
Qeyd edək ki, 2014/15 mövsümündə əsas komanda ilə yanaşı, əvəzedicilərin də heyətində meydana çıxan Mütəllimov 10 qarşılaşmada 1 qol vurub.