- Baxış sayı: 26
- 03 Dekabr 2024 19:58
- Baxış sayı: 283
- Dekabr 02, 2024
- 0
“Real”ın yarımmüdafiəçisi Cud Bellinqhem açıqlama verib.
Allsport.az xəbər verir ki, ingilis futbolçula liqanın 13-cü turunun “Osasuna” ilə oyununda (4:0) Madrid klubunun üç futbolçusunun zədələnməsindən danışıb:
“Bu zədələri görmək dəhşətlidir, xüsusən də Militaonun. O, əvvəlki zədəsini sağaltmaq və bizimlə olmaq üçün çox mübarizə aparmışdı. Ürəyim parçalanır. Ailəmizdən çox komanda yoldaşlarımızla birlikdə vaxt keçiririk. O, daha güclü qayıdacaq, buna inanıram.”
Oyun zamanı “Real” Rodriqo, Lukas Vaskes və Eder Militaonu itirib. Braziliyalı müdafiəçi dizinin çarpaz bağlarını qoparıb.