Budoda 5 qızıl, 2 gümüş və 1 bürünc 

Azərbaycan texniki universitetinin idman sarayında budo döyüş növləri üzrə açıq çempionat keçirilib. Allsport.az saytı xəbər verir ki, dünya oyunlarına seçmə xarakterli yarışda Azərbaycan idmançıları ilə yanaşı, Türkiyə, Hindistan və İran təmsilçiləri də mübarizə aparıblar.

“Neftçi” idman klubunun üzvləri müxtəlif yaş qrupları üzrə free kontakt növündə uğurla çıxış ediblər. İdmançılarımızdan Hüseyn Fətəliyev (55 kq), Nihad Mustafayev (60 kq), Şahin Məmmədov (60 kq), Rüfət Əlili (65 kq) və İbrahim Məmmədov (70 kq) bütün döyüşlərdən qalib ayrılıblar.

Ramil Əhmədli (35 kq) və Əli Ələsgərov (60 kq) gümüş, Ramil Mustafayev (80 kq) bürünc medal qazanıblar.

Həmin kateqoriyadan