- Baxış sayı: 110
- 25 Mart 2026 16:38
- Baxış sayı: 218
- Mart 26, 2026
- 0

İyunun 1-də dənizkənarı milli park ərazisində voleybol festivalı keçiriləcək.
Allsport.az xəbər verir ki, Azərbaycan voleybol federasiyasının təşkilatçılığı ilə baş tutacaq festival Bakı ilə yanaşı, bölgələrdə də təşkil olunacaq.
1 iyun – uşaqların beynəlxalq müdafiəsi günü münasibətilə keçirilən tədbirdə 12 yaşadək voleybolçu qız və oğlanlardan ibarət komandalar iştirak edəcəklər. Onlar arasında simvolik yarışlar və müxtəlif oyunlar təşkil olunacaq.