Bursada ikinci oldular

Voleybol üzrə 16 yaşadək qızlardan ibarət Azərbaycan yığması “Qardaşlıq” turnirində ikinci yerə çıxıb.

Allsport.az xəbər verir ki, Türkiyənin Bursa şəhərində təşkil olunan yarışda yeddi komanda (Azərbaycan U-16), “DSİ Nilüfər”, “Əskişəhər DSİ Bentspor”, “Oksigen Gənclik”, “Kestel Bələdiyyə”, “Hürriyət”, “Gəmlik İstiqlal”) mübarizə aparıb. U-16 milli finalda Bursanın “DSİ Nilüfər”ə məğlub olub.

Komanda Şahin Çatmanın rəhbərliyi ilə martın 26-dək təlim-məşq toplanışını Əskişəhərdə davam edəcək və yoxlama oyunlarında gücünü sınayacaq.

Federasiya nümayəndəsi Məftun Salmanov, baş məşqçi Şahin Çatma və voleybolçular Əskişəhər rəhbərliyi və “Əskişəhər DSİ”nin prezidenti ilə də görüşüblər. Görüşlər zamanı birgə əməkdaşlığın davam etdiriləcəyi, qarşılıqlı təlim-məşq toplanışlarının və turnirlərin, yoldaşlıq oyunlarının təşkil olunacağı bildirilib.

Həmin kateqoriyadan

azenrutr