“Buta şahmat”da rabitə və yüksək texnologiyalar nazirliyinin komandası qalib olub

“Buta” banket-konsert kompleksi və Vüqar Həşimov şahmat akademiyasının təşkilatçılığı ilə “Buta Chess” şirkətlər arası ilk şahmat turniri keçirilib. Allsport.az saytı xəbər verir ki, FIDE qaydaları əsasında baş tutan rəqabətdə 20 komanda mübarizə aparıb. Yarış İsveçrə sistemi üzrə olub. Turnirin baş hakimi Kamran Salehov olub.

7 turun nəticəsinə görə, lider olan “Legno Linea” şirkətinin şahmatçısı “Armagedon” sistemi ilə keçirilən finalda 2-ci ən çox xal toplayan rabitə və yüksək texnologiyalar nazirliyinin təmsilçisi ilə qarşılaşıb. Nəticədə, adı 2-ci çəkilən tərəf qalib olub. Komanda üzvləri Anar Rəsulov və Rauf Rzayevə diplom və qiymətli hədiyyələr təqdim edilib.

Həmin kateqoriyadan