- Baxış sayı: 62
- 13 Yanvar 2025 19:02
- Baxış sayı: 622
- Yanvar 10, 2025
- 0
Macarıstan paytaxtı Budapeştin “Laslo Papp” idman sarayında dünya çempionatı davam edir. Allsport.az saytının məlumatına görə, yarışın 3-cü günündə 70 kq və 97 kq-larda sərbəst, 59 kq-da qadın güləşçilər xalça üzərinə çıxdılar. Təəssüf ki, bizdən heç kim yaxşı nəticə qazana bilmədi.
Bu gün həmçinin 79 kq-da final görüşü keçirildi. Dünya çempionatında yeganə uğurlu təmsilçimiz Cəbrayıl Həsənov həlledici rəqabətdə amerikalı Kayl Duqlas Deyklə qarşılaşdı. Gərgin mübarizədə rəqib 2:0 qalib gəldi.
Qeyd edək ki, bir çox titula malik idmançımız karyerasında ilk dəfə bu yarışın finalına çıxıb. Onun dünya çempionatlarında ən yaxşı nəticəsi 2 dəfə (2010, 2011) 3-cü yer qazanması olub.