- Baxış sayı: 67
- 25 Aprel 2025 09:38
- Baxış sayı: 67
- Aprel 25, 2025
- 0
Sərbəst güləş millimizin kapitanı Cəbrayıl Həsənov Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında 3-cü dəfə baş mükafata sahib çıxdı. Allsport.az saytına müsahibəsində, o, çoxdan belə yüksək nəticə qazanmadığını dedi:
– Sonuncu dəfə 2011-ci ildə Avropa çempionu olmuşdum. Sonrakı yarışlarda 2-ci və 3-cü yerlərə çıxmışdım. Çoxdan istəyirdim ki, fəxri kürsünün zirvəsinə qalxım, ordan himnimizə qulaq asım.
– Açığı, hamı bu yarışda səndən ən yüksək nəticə gözləyirdi.
– Düzdür, gümüş və bürünc də medaldır, uğurdur. Amma bu yarışa yaxşı hazırlamışdım, özümü tam qələbəyə kökləmişdim.
– Pərəstişkarların olimpiada ilə bağlı planınla maraqlanırlar. Tokio oyunlarına düşmək üçün, ilk növbədə, çəkini dəyişməlisən. Bu barədə nə düşünürsən?
– Məşqçilər heyəti məsləhətlərini verir. Ancaq ortada ciddi bir şey yoxdur. Hələ ki, yoluma belə davam edirəm.
– Cəbrayıl, ötən il Budapeştdə keçirilən dünya çempionatının finalından sonra media zonasında bu sualıma cavabında, çəkini 86 kq-a qaldırmaq niyyətində olduğunu demişdin. Fikrində qalırsanmı?
– Bu ilin payızında Qazaxıstanda keçiriləcək lisenziyalı dünya çempionatında öz çəkimdə, 79 kq-da çıxış etmək istəyirəm. Ondan sonra məşqçilərin qərarını gözləyəcəyəm, nə məsləhət versələr, o da olacaq. Çox güman, çəkimi salacam. Çünki qaldırmaq çətin olacaq.
Kamran HACI, Buxarest