- Baxış sayı: 254
- 25 Mart 2026 04:32
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Sərbəst güləş millimizin kapitanı Cəbrayıl Həsənov gələn mövsümdən yeni çəkidə çıxış etməyi planlaşdırır. Tokio olimpiadasına da yollanmağı hədəfləyən olimpiya və dünya mükafatçısı allsport.az saytına açıqlamasında, Avropa çempionuğunu 4-ə yüksəltmək istəyində olduğunu deyib:
“Almaniya çempionatında 86 kq-da çıxış etdim. Bu günlərdə “İran Mol”da klublararası dünya kubokunda öz çəkimdə, 79 kq-da güləşdim. Yenə çəkidə pis alınmadı. Amma 86 kq-da iranlı və ABŞ-lı aparıcı güləşçilərlə qarşılaşmadım. Bu üzdən indidən nəsə söyləmək olmaz.
Məşqçilər heyəti yeni mövsümdə məni rəsmi yarışlarda sınamaq qərarına gəlib. Fevralda Romada qitə çempionatında yeni çəkidə çıxış etməliyəm. Bunadək 10-12 yanvarda İstanbulda ənənəvi Yaşar Doğu turnirində 86 kq-da mübarizə aparacağam”.